Azərbaycanlılar Tiflisdə "Hilton" inşa edəcək

image

Azərbaycanlı investorlar Gürcüstanın paytaxtı Tiflisin tarixi rayonu Mtatsmindada "Hilton" otel kompleksi inşa edəcək.

Bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb. Qeyd olunur ki, otel və ofis bloku 6 min kvadratmetr ərazidə inşa ediləcək.

İrimiqyaslı tikinti layihəsini "Siti Plaza" MMC həyata keçirir. Hazırda şirkət şəhər rəhbərliyi ilə danışıqlar aparır. Layihədə iştirak edəcək Azərbaycan investisiya şirkətinin adı açıqlanmayıb.

Soydas.az

Paylaş:

Xəbər lenti